Çimərliklərdə qiymətlər od tutub yanır – Təkcə paltar dəyişmə kabinaları 2 manatdırbackend

Çimərliklərdə qiymətlər od tutub yanır - Təkcə paltar dəyişmə kabinaları 2 manatdır

Bakıda çimərliklərdə həftəsonları qiymətlər kəskin artırılır.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, paytaxt sakinlərinin üz tutduğu çimərliklərdən olan Novxanıda qiymətlər olduqca yüksəkdir.

Söhbətgahlar – 25-40 azn
Paltar dəyişmə kabinləri 1-3 azn
Sanitar kabinalardan istifadə – 1-2 azn
Dayanacaqdan istifadə əlavə 1-2 azn

Qeyd edək ki, ödənişlərin hər biri qeyri-rəsmi qaydada alınır və heç bir qəbz verilmir.

Sahibkar icarə haqqları yüksək olduğuna görə qiymətlərin məcburən artırdıqlarını bildirirlər.

Paytaxt sakinlərinin sözlərinə görə, Novxanıda qiymətlər nisbətədən hələ aşağıdır, digər ərazilərdə qiymətlər daha yüksəkdir.

Sakinlərin ən böyük narazılığı isə göstərilən xidmətin və yaradılan şəraitin qiymətlərlə üst-üstə düşməməsidir.

“Bu tip çimərliklərin əksəriyyətində sanitar normalara əməl olunmur, zibil qutuları yoxdur, sanitar və paltar dəyişmə kabinarları təmizlənmir, natəmizlik hökm sürür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*