Çin 6000 km/saat sürətə malik “ağıllı bomba” istehsal etdibackend

Çin 6000 km/saat sürətə malik "ağıllı bomba" istehsal etdi

Çin 6000 km/saat sürətə malik ağıllı bomba buraxıb.

Belə görünür ki, ABŞ-da relsotronun yaradılması layihəsi uğursuzluğa düçar olandan sonra bu silaha dünya marağı get-gedə azalmalı idi. Xatırladaq ki, üç il əvvəl ABŞ Hərbi Dəniz Qüvvələri bir sıra səbəblərə görə bu araşdırmalardan imtina etmişdi.

KONKRET.az xəbər verir ki, “Relsotron” tədqiqatlarından imtina etmənin səbəbləri arasında büdcə məhdudiyyətləri, “Relsotron”u donanma gəmilərinə inteqrasiya etməkdə ortaya çıxan çətinliklər, yalnız 12-24 atəşdən sonra kritik aşınma və mövcud enerji mənbələrindən enerji tutumunun olmaması daxildir.

Bu arada, ABŞ Hərbi Dəniz Qüvvələrinin uğursuzluğu çinli həmkarları üçün unikal problem yaradıb. Sınaq zamanı Çinin “Railsotron” şirkəti tərəfindən buraxılan “ağıllı mərmi” Mach 5 sürətini (6172 km/saat) keçib.

Belə təsiredici nəticə çinli mütəxəssislər tərəfindən uğursuzluq kimi qəbul edilib, çünki mərmi nəzərdə tutulan trayektoriya ilə getməyib, uçuşun maksimal məsafəsi və hündürlüyü hesablanmış dəyərlərə uyğun gəlməyib”.

Səbəb isə mərminin uçuşun ilkin hissəsində (havaya qalxma anında) hədsiz sürətlə fırlanmasının hesablanmış trayektoriyadan kənara çıxmasına səbəb olması olub. Beləliklə, Planlaşdırılan Mach 7 sürətinə (8642 km/saat) çatmaq mümkün olmayıb.

“Relsotro”nun texniki problemlərini aradan qaldırmaq üçün çinli alimlər süni intellekti işə salmaq niyyətindədirlər.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*