Çin ABŞ-ın Tayvanla bağlı siyasətindən narahatdırbackend

Çin ABŞ-ın Tayvanla bağlı siyasətindən narahatdır

“Çin ABŞ-dan Tayvan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsini və adaya silah göndərməyi dayandırmasını gözləyir”.

KONKRET.az xəbər verir ki, bunu brifinqdə Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Van Venbin deyib.

“Çin Balidə (İndoneziya adası) keçirilən görüşdə ABŞ tərəfinin verdiyi bəyanatlara böyük əhəmiyyət verir.

“Birləşmiş Ştatlar “Tayvanın müstəqilliyini” müdafiə edən qüvvələri dəstəkləməkdən əl çəkməli, adanın silahlandırılmasını dayandırmalıdır ”, – deyə Çin Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb.

Pekin Tayvanı Çin Xalq Respublikasının əyalətlərindən biri hesab edir. Birləşmiş Ştatlar 1979-cu ildə Tayvanla diplomatik əlaqələri kəsib və Çin Xalq Respublikası ilə əlaqələr qurub. “Vahid Çin” siyasətini tanıyan Vaşinqton Taypey administrasiyası ilə əlaqələri davam etdirir və adanı silahla təmin edir. ABŞ prezidenti Co Bayden ötən ilin sentyabrında CBS telekanalına müsahibəsində deyib ki, ABŞ ordusu bütün hallarda Tayvanı müdafiə edəcək. Eyni zamanda o, əmin olduğunu bildirib ki, Vaşinqton adanın müstəqillik əldə etmək cəhdlərini təşviq etmək niyyətində deyil.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*