2025-ci ilin yanvar ayının nəticələrinə görə, dünyada minik və yüngül kommersiya avtomobillərinin satışı 6,7 milyon ədəd təşkil edib ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə təxminən 2% çoxdur.
KONKRET.az xəbər verir ki, yanvarda Çin 1,96 milyon nəqliyyat vasitəsi sataraq avtomobil satışında dünya lideri olub.
İkinci yerdə 1,1 milyon avtomobillə ABŞ qərarlaşıb.
Yanvarda Qərbi Avropanın avtomobil bazarları ümumilikdə 3,2% azalaraq 1 milyon ədədə düşüb.
Şərqi Avropada avtomobil satışı 288,5 min ədəd təşkil edib. Lakin Cənubi Amerikada dilerlər ayda 225,6 min avtomobil satıblar ki, bu da 2024-cü ilin yanvar ayı ilə müqayisədə 22,3% çoxdur.
Vəli Həsənoğlu,
KONKRET.az