Çin avtomobillərində gözlənilməz təhlükə aşkarlandıbackend

Çin avtomobillərində gözlənilməz təhlükə aşkarlandı

Rusiyanın Perm Politexnik Universitetinin alimləri məşhur Çin hibrid avtomobillərindən birində ölçmə aparıblar və müəyyən ediblər ki, salonda elektromaqnit şüalanmasının səviyyəsi mövcud normaları 8 dəfə üstələyir.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə təhsil ocağının Mətbuat Xidməti məlumat verib.

Daxiliyanma mühərriki olan avtomobillərdən fərqli olaraq, hibridlərdə elektrik mühərriki, litium-ion batareyası və çeviricilər demək olar ki, daim gərgin elektromaqnit sahələr yaradır.

Ən yüksək göstəricilər sürətlənmə zamanı qeydə alınıb – məqbul 25-40 əvəzinə 200 V/m. Əyləc zamanı elektomaqnit səviyyəsi 50-100 V/m olub. Avtomobil hərəkətsiz olduqda isə göstəricilər norma diapazona qayıdıb.

Ekspertlərin fikrincə, bu cür elektromaqnit şüalara uzun müddət məruz qalma kumulyativ təsir göstərə bilər və nevroloji pozğunluqlara, depressiyaya, xərçəngə səbəb ola bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*