Çin avtomobillərinin keyfiyyəti – MADE İN CHİNAbackend

Çin avtomobillərinin keyfiyyəti - MADE İN CHİNA

Dünya avtomobil bazarının müəyyən hissəsinə nəzarət edən Çinin istehsal etdiyi avtomobillərin keyfiyyəti həmişə maraq doğurur.

KONKRET.az xəbər verir ki, Rusiya Avtomobil Dilerləri Assosiasiyasının vitse-prezidenti Aleksey Podşekoldin Çin avtomobil sənayesinin dünya bazarına ciddi təsirinin olduğunu deyib. O, bildirib ki, 2023-cü ilin sonunda Rusiyada satılan on avtomobil markasından yeddisi Çin istehsalıdır: “Məlumata görə, bu il Çindən Rusiyaya 600 mindən çox yeni avtomobil gətirilib və 300 mini artıq satılıb. Məşhur brendlər arasında ən çox satılan “Geely”, “Chery”, “Haval” avtomobilləridir. 2023-cü ildə 1,5-2 milyon rubl arasında olan ucuz xarici avtomobillərə alternativlər hələ ki, gözə dəymir. Alıcılar Rusiya bazarına gətirilən Çin avtomobillərinin çoxluğundan məmnundurlar.

“Made in China” brendi artıq insanları qorxutmur. Hamı Çinin sənaye nəhəngi olduğuna əmindir. Çin avtomobil sənayesi ildə 30 milyon avtomobil istehsal edir. Bu, Amerika, Avropa və Yaponiyanın ümumi istehsalından çoxdur. Buna görə də keyfiyyətsiz avtomobil istehsal etmək iqtisadi cəhətdən əlverişli görünmür”.

Podşekoldin əlavə edib ki, Çin avtomobil sənayesi dəbdəbəli avtomobil seqmentində cəsarətlə özünü təsdiqləyib. Bu yaxınlarda “Audi”, “BMW”, “Mercedes” və digər Avropa markalarını təklif edən satıcılar “Voyah” və “Hongqi”ni də müştərilərə ürəklə təklif edirlər:

“Çinlilər lüks seqmentdə möcüzələr yaradırlar. Bu yaxınlarda mən Çində keçirilən beynəlxalq konfransda iştirak etdim və burada güclü mühərrikli, hibrid avtomobillərin möhtəşəm modellərini qiymətləndirmək imkanım oldu. Onların ərsəyə gəlməsində dünyanın ən yaxşı dizaynerləri iştirak edirdi. Çin Rusiyaya idxal olunan avtomobillərin sayını artırmağa hazırdır.

Ümumilikdə ölkədə 130 markadan çox avtomobil istehsal olunur. Onların təxminən yarısı elektromobillər və hibridlərdir. Rusiya hələ kifayət qədər geniş infrastrukturu inkişaf etdirmədiyindən, çox güman ki, gələn il ənənəvi mühərrikli avtomobillər istehsal edən şirkətlərdən aktivlik gözləmək olar”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*