Çin əhalisi görün nəyə qəzəblənib? – FOTObackend

Çin əhalisi görün nəyə qəzəblənib? - FOTO

Çuan Çuanın 1 həftə öncədən çəkilmiş şəkli

Konkret.az xarici mediaya istinadən xəbər verir ki, Taylandın Çanqmay bölgəsindəki Zooparkda matəm elan olunub: İşçilər və ziyarətçilər həftənin əvvəlində gözlənilmədən vəfat edən böyük panda Çuan Çuana yas tuturlar. Qeyd edək ki, Panda 19 yaşında idi və belə heyvanlar xüsusi saxlanma yerlərində 30 il yaşaya bilər.

Cümə axşamı Çin mütəxəssisləri Zooparkda baş verən hadisənin araşdırılmasında iştirak etmək üçün Taylanda gəliblər.

Artıq Çuan Çuana heykəl qoyulub və artıq heykəlinin önündə çiçəklər də əkilib. Çox sayda qonaq bu ev heyvanı üçün yas tutur.

Çuan Çuanın ölümü çərşənbə axşamı xüsusi mətbuat konfransında açıqlanıb.

Zooparkın işçisi Kannikar Çantaranqsi vurğulayıb ki: “Biz onu çox sevirdik və hər zaman onunla məşğul idik. Ümid edirəm ki, hamı onun üçün darıxacaq.

Tailandlı heyvan həvəskarları kədərlənsə də, Çində bu xəbər böyük qəzəbə səbəb olub. Baş verənlərə görə sosial şəbəkələr Zooparkı günahlandırır, istifadəçilər pandaların zəif bəsləndiyini iddia edir və hökumətdən ev heyvanlarını xaricə hədiyyə kimi göndərməməyə çağırırlar.

Çuan Çuan və başqa bir panda Lin Hoey 2003-cü ildə müvəqqəti olaraq Taylanda təhvil verilib. Altı il sonra cütlüyün belə bir şəraitdə nadir hallarda olan körpəsi doğulub. Balaca Panda Çinə təhvil verilib. İndi hər iki ölkənin səlahiyyətliləri Lin Hoeyin də geriyə qayıdıb-qayıtmamasını müzakirə edirlər.

Çuan Çuanın nədən öldüyü isə hələlik məlum deyil. Cümə axşamı Taylanda gələn Çin mütəxəssislərinin iştirakı ilə panda üzərində ekspertiza aparılacaq.

Hazırladı: Sevinc PAŞAYEVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*