Çin-Hindistan düşmənçiliyi – Proseslər necə davam edəcək?backend

Çin-Hindistan düşmənçiliyi - Proseslər necə davam edəcək?

Hindistan və Çin iqtisadi və siyasi hegemonluq iddiası ilə dünyanın ən çox əhalisi olan ölkələridir. Onların bir-birinə qarşı iddialarının olması təəccüblü deyil. Lakin ölkələrin bir-birinə nifrəti yerli sakinlərdən başlayır. Çinlilərin demək olar ki, yarısı Hindistana mənfi münasibət bəsləyir. Elə hindlilərin də Çini görməyə gözü yoxdur.

İki qoyun başı bir qazana qaynamaz

Çin və Hindistan dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarıdır. Bunlar Şərqin ən güclü müasir gücləri və bəlkə də Asiyanın ən qədim sivilizasiyalarıdır. Onların arasında dostluq uzun müddət qeyri-mümkün olub. Bu dövlətlər 19-cu əsrdən bəri regionda dominantlıq uğrunda mübarizə aparan geosiyasi rəqiblərdir.

İki böyük Asiya ölkəsi arasında qarşılıqlı düşmənçiliyin kökləri nədir? Niyə çinlilər hindliləri nasist hesab edirlər və Hindistan vətəndaşları Pekin hakimiyyətini niyə həmişə qınayır?

Hindistan QUAD hərbi alyansının üzvüdür. ABŞ, Avstraliya, Yaponiya və Hindistanın qoşulduğu bu təşkilat NATO-nun analoqudur. Alyansın məqsədi Çini strateji olaraq Sakit və Hind okeanlarında sıxışdırmaqdır.

Öz növbəsində Çin 1972-ci ildən Pakistanla strateji ittifaq qurub, 1989-cu ildən Myanmanın, 2000-ci illərdən isə Şri-Lankanın əsas hərbi tərəfdaşı olub. Beləliklə, ÇXR və müttəfiqlər Hindistanı hər tərəfdən (okean istisna olmaqla) əhatə edir.

Hindistan hakimiyyəti Çin Tibetində separatizmi dəstəkləyir, Cənubi Çin dənizində Çinin Filippinlə ərazi mübahisələrinə müdaxilə edir və təbii ki, öz torpaq iddiaları ilə çıxış edir.

Qonşu ilə dost ol, amma qılıncından yapış

Maraqlıdır ki, Çin Hindistanın ikinci ən mühüm iqtisadi tərəfdaşıdır. Ticarət dövriyyəsinin payı 95,9 milyard dollardır (12,5%).

Çin üçün Yeni Dehli ilə tərəfdaşlıq o qədər də əhəmiyyətli deyil. Hindistanın ticarət dövriyyəsindəki payı cəmi 1,9% təşkil edir. Bununla belə, Pekin əməkdaşlığa dəyər verir. Hələ 2005-ci ildə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Konq Quan çinliləri və hindliləri yaxşı qonşu və bir-birinə həqiqi dost adlandırmışdı. O vaxtdan bəri iki ölkə arasında müntəzəm görüşlər keçirilir.

Hər iki ölkənin dostluğu isə qəribədir. Çünki ümumi sərhəddə yerləşən ölkələr arasında müntəzəm olaraq münaqişələr yaranır. Bəzən bu qarşıdurmalar qan tökülməsi ilə nəticələnir. 1962, 1967, 1987 və 2020-ci illərdə belə hadisələrlə yadda qalıb.

Münaqişənin əsas məqamları Aksay və Arunaçal Pradeş əyalətinin ərazi mənsubiyyətinin aydınlaşdırılmasıdır. 1914-cü ildə Britaniyanın Hindistan üzərində müstəmləkəçiliyi dövründə bu bölgələr Tibet dövləti tərəfindən ingilislərə hədiyyə edilmişdi.

Hindistan müsətqillik qazandıqdan sonra hər iki bölgə bu dövlətə qaldı. Çin isə həmin müqaviləni tanımır, çünki Tibeti heç vaxt müstəqil ölkə hesab etməyib. Çinə görə həmin ərazilər onun bir hissəsidir. 20-ci əsrin birinci yarısında çinlilərin qonşuları ilə mübahisə etməyə gücü yox idi. Lakin 1962-ci ildə Mao Zedong Aksayı zorla aldı. Arunaçal Pradeş əyaləti Hindistanın tərkibində qaldı.

Bu gün Hindistan hakimiyyəti Aksayın geri qaytarılmasını tələb edir, çinlilər isə Arunaçal Pradeş əyalətini geri almaq istəyir. Pakistan da Hindistanla ərazi mübahisəsi aparır!

Niyə ərazilər bu qədər arzuolunandır? Burada minerallar yoxdur. Aksay, ümumiyyətlə, dağ çöl ərazisidir. Burada daimi əhali yoxdur. Heç bir strateji dəyəri də yoxdur. Söhbət yalnız dövlətin nüfuzundan gedir.

2020-ci ildə çinlilər sərhəddə atışmada 20 hind əsgərini öldürdülər. Onlar itkilərini gizli saxladılar. Hər iki tərəf indi də bir-birini günahlandırır. Media vasitəsilə mənfi atmosfer bütün əhaliyə ötürülür. İnsanlar tədricən qonşularına nifrət etməyə başlayıblar.

Hind millətçiliyi

Çin və Hindistan İkinci Dünya Müharibəsi ilə bağlı fərqli fikirlərə malikdir. Hindlilər Axislərə rəğbət bəsləyirdilər, onları Britaniya hökmranlığından azad edənlər hesab edirdilər. Yaponiyanın dəstəyi ilə Hindistanın azad edilməsini qarşısına məqsəd qoyan Azad Hind separatçı hökuməti yaradıldı.

Hindistan Müqavimətinin lideri Subhas Çandra Bose bu gün milli qəhrəman kimi tanınır. Lakin Çandra Azad Hind hökumətinə başçılıq etdiyi dövrdə almanlar və yaponlarla əməkdaşlığa getdi.

Bu gün Hindistan demokratiya və bazar iqtisadiyyatı yolu ilə gedir. Ölkə sürətlə inkişaf edir və iqtisadiyyatı dünyada beşinci yerdədir. Amma ölkə əhalisi çox mühafizəkardır. 70 il əvvəl ləğv edilmiş kasta sistemi kənd yerlərində və yoxsul bölgələrdə qeyri-rəsmi olaraq davam edir. Etnik və ya dini zəmində törədilən qırğınlar qeyri-adi hal deyil.

Eyni münasibət çinlilərə də ötürülür. Çinlilər isə Hindistanı güclü rəqib kimi görür.

Çin ABŞ-la əməkdaşlıq qurmaq istəyir. Lakin bu, o demək deyil ki. sərhədçilər arasında toqquşması davam edəcək. Çünki hakimiyyət medianın əli ilə xalqlar arasında nifaq salmaqda israrlıdır.

Hazırladı: Rəsmiyyə Şərifova,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*