Çin doğum nisbətini stimullaşdırmaq üçün kampaniya başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “The Financial Times” nəşri yayıb. Müxtəlif üsullarla subay insanlar evlənməyə, ailələr isə birdən çox uşaq sahibi olmağa təşviq edilir. Həvəsləndirici fəaliyyətlər həm yerli, həm də milli səviyyədə həyata keçirilir. Yerli məmurlar evli qadınlara zəng edərək, nə vaxt uşaq sahibi olmaq niyyətində olduqlarını birbaşa soruşurlar. Məqalədə deyilir ki, bəzi çinli qadınlar daha sonra sağlamlıqlarını yoxlamaq üçün antenatal klinikalara dəvət olunurlar. Artıq bir və ya daha çox uşağı olan ailələrə daha çox uşaq dünyaya gətirmək üçün xüsusi müavinət verilir. Bundan əlavə, Çin universitetlərindən subay tələbələrə yönəlmiş “evlilik və sevgi kursları”nın tətbiqi tələb olunub.
Vəli Həsənov,
KONKRET.az