Çin iqtisadiyyatı güclənirbackend

Çin iqtisadiyyatı güclənir

Gələn ildən Çində iqtisadi artım tempi yüksələcək.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat Pekində keçirilən illik Mərkəzi İqtisadi İş Konfransında verilib.

Çində qiymətlər aşağıdır, hökumətin borc səviyyəsi yüksək deyil, pul və fiskal siyasətin həyata keçirilməsini gücləndirmək üçün şərait mövcuddur. Bununla belə, tələb, istehlak və müəssisə investisiyaları zəif olduğundan daxili iqtisadi tsikldə bloklanmalar davam edir. Gələn il Çin davamlı istehlak artımına keçməyi hədəfləyir. Beynəlxalq Valyuta Fondu Çinin iqtisadi artımını təxminən 5,4%-ə qədər proqnozlaşdırılır. Çin hökumətinin təxmini hədəfi isə 5%-dir. Dünyanın ikinci ən böyük iqtisadiyyatına malik Çin, həmçinin ağıllı evlər, istirahət, turizm və idman tədbirləri kimi istehlak artımının yeni sahələrini inkişaf etdirəcək.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*