Çin “Land Rover Defender”in analoqunu yaratdı – FOTObackend

Çin "Land Rover Defender"in analoqunu yaratdı - FOTO

Çinin “BAIC” şirkəti “Land Rover Defender”in analoqunu nümayiş etdirib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, avtomobil altı və yeddi yerlik versiyalarda buraxılacaq.

“Stone 01” adlanan model elektrikləşdirilmiş yolsuzluq avtomobilidir.

Belə ki, avtomobildə təkər tağları, qapı və tutacaqlar, qara pəncərə sütunları demək olar ki, “Land Rover Defender”lə eynidir.

BAIC “Stone 01″in ön hissəsi orijinaldır, lakin uzadılmış faralarda Range Rover optikasını görmək olar. Arxasında şaquli işıqları və ehtiyat təkər qutusunun solunda yerləşən yük qapısının tutacağı “Defender”dən götürülüb.

Avtomobil 1,5 litrlik turbo mühərrik və iki elektrik mühərrikindən ibarət hibrid elektrik stansiyası tərəfindən idarə olunur.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*