Çin Trampın təhdidlərinə cavab verdibackend

Çin Trampın təhdidlərinə cavab verdi

“Donald Trampın təhdidlərinə baxmayaraq, BRİKS çərçivəsində ölkələrlə əməkdaşlığı gücləndirmək niyyətindəyik”.

KONKRET.az xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian deyib.

O, BRiKS-in blok qarşıdurmasında iştirak etmədiyini və dövlətlər arasında qarşılıqlı faydalı münasibətlərin tərəfdarı olduğunu vurğulayıb.

Xatırladaq ki, dekabrın 1-də Tramp BRİKS ölkələri öz valyutalarını yaratmaq planından əl çəkməsələr, 100% tariflər tətbiq edəcəyini açıqlayıb.

Onun sözlərinə görə, beynəlxalq ticarət üçün dolları əvəz etməyə çalışan istənilən ölkə “Amerika ilə vidalaşacaq”.

Məlik,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*