
KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Türkmən şirkəti “Təzə Ay” Çinə dondurma ixrac edir. İxrac edilən məhsullar əvvəlcə soyudulmuş desertin bir test dəsti idi. Bu ilin sonunda sahibkarlar “Təzə Ay”dan 110 tondan çox dondurma tədarükü üçün sifariş alıblar.
Dondurma qabları artıq Çinin Zejianq vilayətinin şimal-şərqində yerləşən Ningbo liman şəhərinə çatdırılıb. Əldə olunan razılaşmalara görə, gələn ilin yanvar ayından etibarən Çinə müntəzəm olaraq on ton “Təzə Ay dondurması ixrac ediləcək.
Qeyd edək ki, 2004-cü ildə qurulan “Təzə Ay” İstehsalat Birliyi ölkədə məşhur süd və qənnadı məmulatları, ət ləzzətləri və dondurma istehsalçısıdır.