“Çin təhlükəsizlik zəmanəti çərçivəsində Ukraynaya hərbi kontingent göndərməyi planlaşdırmır”.
KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian Almaniyanın “Die Welt” qəzetinin məlumatını şərh edərkən deyib.
“Müvafiq məlumatlar reallığa uyğun gəlmir. Çinin Ukrayna məsələsində mövqeyi aydın və ardıcıldır”, – diplomat qeyd edib.
Xatırladaq ki, sözügedən nəşr Pekinin yalnız BMT mandatı əsasında öz qüvvələrini Ukraynada yerləşdirməyə razı olduğunu yazmışdı.