Çin viza rüsumlarını azaldırbackend

Çin viza rüsumlarını azaldır

“Çinin xaricdəki səfirlikləri və konsulluqları viza rüsumlarını vizanın rəsmiləşdirilməsinin cari dəyərinin 75%-nə qədər azaldacaq”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin brifinq zamanı bildirib.

Onun sözlərinə görə, söhbət 2023-cü il dekabrın 11-dən 2024-cü il dekabrın 31-dək qüvvədə olacaq müvəqqəti tədbirdən gedir. O, bütün Çin səfirlikləri və konsulluqları tərəfindən tətbiq olunacaq. “Təfərrüatları dəqiqləşdirmək üçün müəyyən bir ölkədəki Çin səfirliyi və ya konsulluğu ilə əlaqə saxlamalısınız”, – deyə idarənin nümayəndəsi vurğulayıb.

Vanq Venbin əlavə edib ki, Çin hakimiyyəti ölkə vətəndaşlarının xaricə səyahət imkanlarını sadələşdirməyə davam etmək, eləcə də turizmin inkişafı üzərində işi davam etdirmək niyyətindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*