Çin yeni Özbəkistan-Qırğızıstan-Çin dəmir yolu marşrutu üçün bir neçə variant təklif edibbackend

Çin yeni Özbəkistan-Qırğızıstan-Çin dəmir yolu marşrutu üçün bir neçə variant təklif edib

KONKRET.az xəbər verir ki, təklif Çinin İslahat və İnkişaf üzrə Dövlət Komitəsinin Xarici kapital və xarici sərmayələr departamenti direktorunun müavini Çjen Çipinqin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri ilə bu yaxınlarda Özbəkistan Nəqliyyat Nazirliyində baş tutan danışıqlardan sonra açıqlanıb.

Nəqliyyat Nazirliyi məlumat verib ki, “tərəflər Özbəkistan-Qırğızıstan-Çin dəmir yolu tikintisi layihəsinin gedişatını müzakirə ediblər və Çin tərəfi bu dəmiryolu xəttinin gedə biləcəyi mümkün hissələrə dair təkliflər verib”. Qeyd edilib ki, dəmir yolu tək bir ölkə üçün deyil, bütövlükdə regionun inkişafı üçün vacibdir.

Bundan əlavə, iki ölkə arasında nəqliyyat daşınmalarının həcminin artırılması, müştərək avtomobil nəqliyyatının fəal inkişafı məsələləri də müzakirə olunub.

Xatırladaq ki, yeni dəmir yolu Çindən Avropa və Yaxın Şərq ölkələrinə ən qısa yol olacaq. Mövcud marşrutlarla müqayisədə məsafə 900 km, malların çatdırılma müddəti 7-8 gün azalacaq. Mütəxəssislərin fikrincə, ildə ən azı 5 milyon ton həcmində malların daşınması yolun tikintisi xərclərini tam ödəyə bilər.

Bu layihənin perspektivləri, ilk dəfə olaraq Orta Asiyadan yük daşıyıcılarının birbaşa Çinə getməsinə icazə verən Kaşqar-İrkeştam-Oş-Əndican-Daşkənd avtomobil dəhlizi ilə nümayiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*