Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldıbackend

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı

Fevralın 17-də respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 48 cinayətin üstü “isti izlər”lə açılıb.

DİN-in Mətbuat Xidmətindən KONKRET.az-a verilən məlumata görə, gün ərzində əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*