Çində 1,7 mindən çox tibb işçisi koronavirusa yoluxubbackend

Çində 1,7 mindən çox tibb işçisi koronavirusa yoluxub

Çin Xalq Respublikasında 1,7 mindən çox tibb işçisi koronavirusa yoluxub.

KONKRET.az xəbər verir ki, bu barədə TASS-a Çinin gigiyena və səhiyyə üzrə Dövlət Komitəsi sədrinin müavini Tszen İsin bildirib.

Onun sözlərinə görə, yoluxmuş həkimlərdən altı nəfəri ölüb.

İsin tibb işçiləri arasında xəstələrin sayının artdığını qeyd edib.

31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Uxan şəhərində vətəndaşların virusa yoluxduğunu bəyan edib. Xəstəliyin səbəbkarı yeni koronavirus tipidir, hansı ki, Çində ona rəsmi olaraq “Covid-2019” adını veriblər.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*