ABŞ-nin keçmiş prezidenti Donald Tramp ABŞ və Çin arasındakı mümkün müharibə ehtimalını dəyərləndirib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, o, Co Bayden administrasiyasının savadsız siyasəti ucbatından Çinlə münasibətlərin gərginləşdiyini deyib.
“Bununla belə, düşünürəm ki, ABŞ ilə Çin arasında müharibə ehtimalı azdır. Hər halda bundan qaçmaq olar. Biz Çinlə sülh şəraitində yaşaya bilərik. Biz Çinlə çox yaxşı işləyə bilərik, lakin hazırda bunu uğurla həyata keçirən prezidentimiz yoxdur. Çin Baydenə hörmət etmir, Çində ona gülürlər”, – Tramp əlavə edib.
Orxan
KONKRET.az