Çində daha 68 nəfər koronavirusa yoluxdubackend

Çində daha 68 nəfər koronavirusa yoluxdu

Ötən gün ərzində Çində 68 yeni koronavirus infeksiyası aşkarlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi Çin Xalq Respublikasının Dövlət Səhiyyə Komitəsinin məlumatlarına istinadən məlumat yayıb.

Qeyd olunur ki, 68 xəstədən 45-də xəstəlik aktiv, 23-də isə simptomsuzdur.

Ölkə daxilində 39 aktiv hal qeydə alınıb: ÇXR-in Sincan Uyğur Muxtar Rayonunda 31, Liaoning əyalətinin şimal-şərqində 8.

Digər 6 aktiv və 11 simptomsuz yoluxma xaricdən gələnlərdə tapılıb.

2019-cu ilin dekabr ayından bəri Çində 4 634 nəfər koronavirusdan ölüb, cəmi 84367 aktiv infeksiya hadisəsi aşkarlanıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*