Çin tədqiqatçıları dəniz suyundan uranı çıxarmağa imkan verən texnologiyanı sınaqdan keçirməyə başlayıblar.
KONKRET.az “ACS Central Science”yə istinadən xəbər verir ki, Şimal-Şərq Universitetinin mütəxəssisləri bildiriblər ki, filiz formatında uran ehtiyatları məhduddur və yaxın gələcəkdə tükənə bilər.
Bu mühüm xammalın ən azı 4,5 milyard tonu dəniz və okean sularında həll edilib. Bu göstərici isə bütün filiz yataqlarındakı uran ehtiyatlarından min dəfədən çoxdur. Problem sudan uranın çıxarılmasının çətinliyindədir. Bunu çətinləşdirən əsas proses uranın suda ion şəklində olmasıdır. Sudan bu kimyəvi maddəni toplamaq üçün əvvəllər mövcud olmayan xüsusi materiallar tələb olunur. Çin monomerlərlə örtülmüş yeni karbon lifli parça hazırlayıb. Sonuncu, xüsusi istilik buraxır və uranil ionlarını saxlaya bilən bir növ “ciblərə” çevrilir. Alimlər 24 gün davam edən yeni material və texnologiyanın genişmiqyaslı sınaqlarını aparıblar və texnikanın effektivliyi öz təsdiqini tapıb. İlk sınaqda bir qram dəniz suyundan 12,6 milliqram uran çıxarılıb. Alimlər hesab edirlər ki, bu, çox mühüm göstəricidir.
Vəli Həsənov,
KONKRET.az