Çində güclü daşqınlar fəlakətlə nəticələnib.
KONKRET.az xəbər verir ki, bu barədə Oxu.Az “Mash” “Telegram” kanalına istinadən xəbər verir.
Məlumata görə, gözlənilmədən baş verən daşqınlar nəticəsində azı 10 nəfər ölüb, 33 nəfər itkin düşüb. Şimal-qərb əyaləti olan Qansu ötən gündən bəri palçıq sularında qərq olmağa davam edir. Axınlar qarşısına çıxan hər şeyi sürükləyir – maşınlar, tikililər, insanlar, onları xilas etmək üçün helikopterdən kəndir endirilir.
Çinin dörd şəhərində 4-cü səviyyəli fövqəladə vəziyyət rejimi tətbiq edilib. 82 mindən çox yerli sakin Pekinə təxliyə edilib. Qeyd edək ki, ötən ay şəhərin şimalında yağan güclü yağışlar nəticəsində orada 44 nəfər ölüb. Paytaxtın ətraf rayonları ən çox zərər çəkib.