Çində güclü zəlzələ oldu: ölənlər var – VİDEObackend

Çində güclü zəlzələ oldu: ölənlər var - VİDEO

Çinin cənub-qərbində Yunnan şəhərində 5.2 bal gücündə zəlzələ baş verib. Dörd nəfər ölüb, daha 23 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi əyalət hökumətinə istinadən yayıb.

Yeraltı təkanlar 5,5 milyondan çox insanın yaşadığı Zhaotong dairəsinin Çyaoçzya bölgəsində qeydə alınıb.

Zəlzələnin episentri 8 kilometr dərinlikdə olub.

Zəlzələdən sonra yerli hakimiyyət orqanları tez bir zamanda xilasetmə əməliyyatları təşkil edib.

Zədələnmiş binalarda olan sakinlər təhlükəsiz yerlərə təxliyə edilib.

Evakuasiya olunanların sayı barədə hələ məlumat verilməyib.

Sosial şəbəkələrdə yayılan videolar göstərir ki, zəlzələni küçədə, dükanlarda və məktəblərdə çox adam hiss edib. Yunnan əyaləti zəlzələyə meylli bölgədə yerləşir, buna görə yerli insanlar nə edəcəyini bilirlər: ya ən etibarlı yerlərə sığınırlar, ya da olduqları ərazini tez tərk edirlər.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*