Çində kimyəvi zavodda partlayış: 6 nəfər öldübackend

Çində kimyəvi zavodda partlayış: 6 nəfər öldü

Çinin mərkəzindəki Hubey əyalətində, 3 avqust axşamı kimyəvi zavodda partlayış olub.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Xinhua agentliyi yayıb.

Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, 4 avqust səhərində ölənlərin sayı altı nəfərə çatıb.

Dörd nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yanğın dünən axşam saat 7-də söndürülüb. Kimya müəssisəsi işini tamamilə dayandırıb. Araşdırma aparılır, qəzanın səbəbi müəyyənləşdirilir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*