Çində koronavirusla bağlı böyük vəzifədə çalışan 3 məmur işdən çıxarıldıbackend

Çində koronavirusla bağlı böyük vəzifədə çalışan 3 məmur işdən çıxarıldı

Koronavirusun ÇXR-də yayılması fonunda Uxan Şəhər Kommunist Partiyasının katibi Ma Qoçyan, Xubey Vilayət Partiya Komitəsinin katibi Tszyan Çaolyan və Dövlət Şurası dəftərxanasının Honkonq və Makao üzrə rəhbəri Çjan Syaomin işdən çıxarılıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Sinxua” agentliyi yayıb.

Mənbə bildirir ki, Van Çjulin Uxan Şəhər Kommunist Partiyasının katibi vəzifəsinə təyin edilib. Şanxayın keçmiş meri İn Yun Xubey Vilayət Partiya Komitəsinin katibi postunu tutacaq.

Sya Baolun Honkonq və Makao üzrə Dövlət Şurasının dəftərxanasına rəhbərlik edəcək.

2019-cu ilin dekabr ayının sonunda Çin hakimiyyəti Uxan şəhərində koronavirus xəstəliyinin baş verdiyini bəyan edib. Xəstəliyin törədicisi “2019-nCoV”un yeni bir növüdür.

Son məlumatlara görə, bu xəstəliyə 60 mindən çox insan yoluxub, 1313 nəfər dünyasını dəyişib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*