Çində partlayış: yaralılar varbackend

Çində partlayış: yaralılar var

Cümə günü Çinin cənubundakı Zhuhai şəhərində (Guangdong əyaləti) bir otelin yaxınlığında güclü partlayış baş verib.

KONKRET.az xəbər verir ki, məlumatı TASS agentliyi Çinin Mərkəzi Televiziyasına istinadən yayıb.

Mənbə bildirir ki, nəticədə ən azı üç nəfər yaralanıb.

Hadisə Bakı vaxtı ilə saat 05:00 radələrində şəhərin Doumen rayonunda qeydə alınıb. Telekanalın məlumatına görə, iki nəfər yüngül, biri yanıq xəsarəti alıb. Partlayışa səbəb qaz partlaması olub.

Partlayış yaxınlıqdakı yaşayış binalarına, dükanlara və mağazalara ziyan vurub. Baş verənlərin təfərrüatları araşdırılır.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*