Çində son gündə 12 nəfərdə koronavirus tapıldıbackend

Çində son gündə 12 nəfərdə koronavirus tapıldı

Çində son 24 saat ərzində 12 yeni koronavirus infeksiyası hadisəsi qeydə alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı  iyunun 29-da ÇXR-in Səhiyyə üzrə Dövlət Komitəsi yayıb.

12 yeni yoluxmadan 5-i xarici ölkələrdən gələnlərdə, 7-si isə yerli sakinlərdə aşkar edilib.

Həm də bir gündə virusun 6 simptomsuz daşıyıcısı tapılıb.

Ölkədə yoluxanların ümumi sayı 83 512 nəfərə çatıb, 4634 xəstə ölüb, 78 450 xəstə sağalıb, 418 adam tibbi nəzarətdədir.

Babək Göyüş                                     

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*