Çində virtual xəbər aparıcısı yaradıldıbackend

Çində virtual xəbər aparıcısı yaradıldı

Çinin Sinxua Xəbər Agentliyi virtual xəbər aparıcısı hazırlayıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “The Next Web” nəşri yayıb.

Mənbə bildirir ki, virtual aparıcı agentliyin əsil aparıcısının bir kopyasıdır.

Bot ən müasir texnologiyalardan istifadə edilməklə hazırlanıb və çox real görünür.

O, təkcə prototipə bənzəmir, səsi də həqiqi aparıcının səsinə oxşayır.

Yaradıcılar bildirirlər ki, tezliklə süni intellektə sahib botlar hadisə yerində reportaj aparan jurnalistləri əvəz edə biləcəklər.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*