Çində virus qurbanlarının sayı 1313-ə çatdıbackend

Çində virus qurbanlarının sayı 1313-ə çatdı

Çinin Hubei əyalətində koronavirusun yayılması nəticəsində xəstələrin sayı 48,2 min nəfəri keçib, onlardan 1313 nəfər ölüb, 3441 sakin sağalıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı bölgədəki gigiyena və sağlamlıq komitəsi yayıb.

Qeyd olunur ki, vilayətdə bir gün ərzində 14,840 nəfət xəstəliyə yoluxub, 242 nəfər isə dünyasını dəyişib.

Xəstəliyin yayılmasının əsas mənbəyi hesab olunan Uxan şəhərində yoluxanların sayı 32,9 min nəfəri keçib.

Bundan əlavə, əyalətdə karantində olan və viruslardan şübhəli bilinən 9 mindən çox insan var.

Qeyd edək ki, fevralın 12-də şəhər vilayət rəhbərliyi 1068 nəfərin öldüyünü, 33.3 mindən çox xəstənin olduğunu və 2639 nəfərin sağaldığı barədə məlumat yaymışdı.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*