Çində yeni virus qapanmalara səbəb olub: Azərbaycanda yayıla bilərmi? – XƏBƏRDARLIQbackend

Çində yeni virus qapanmalara səbəb olub: Azərbaycanda yayıla bilərmi? - XƏBƏRDARLIQ

Çində Çikunqunya virusunun yayılması ilə əlaqədar olaraq bəzi bölgələrdə yenidən COVID-19 dövründəki kimi məhdudiyyətlərin tətbiqinə başlanılıb. Sürətlə yayılan bu virusla bağlı narahatlıqlar artmaqda davam edir.

Bəs, Çikunqunya virusunun Azərbaycana yayılma ehtimalı varmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən terapevt Rasif Bağırov bildirib ki, virusun yayılması prosesi artıq 5-6 ay əvvəl Avropada müşahidə olunmağa başlayıb:

Rasif Bağırov: "Bizdə korona dalğavaridir, "Delta" ştammının fərqi..." –  Müsahibə

“Ağcaqanad vasitəsilə yayılan bu virusun indi Çində aşkarlanması təəccüblü deyil. Çünki Çin əhalisinin sıxlığı ən yüksək olan ölkələrdən biridir. Xüsusilə də tibbi müayinədən kənarda qalan, uzaq bölgələrdə, əhalisi 100 milyondan çox olan əyalətlərdə virusun yayılması riski daha yüksəkdir. Virusun sürətlə yayılma qabiliyyəti olduğuna görə orada müəyyən məhdudiyyətlərin tətbiq olunması başadüşüləndir.”

Rasif Bağırov qeyd edib ki, Çikungunya virusu COVID-19 kimi ölümcül deyil:

“Virusun müalicə olunmaması nəticəsində fəsadlar baş verə bilər. Bu fəsadların da bəzi hallarda ölümlə nəticələnməsi mümkündür. Ancaq COVID-19 səviyyəsində ağırlaşmalar gözlənilmir. Azərbaycanda bu virusun yayılıb-yayılmaması ilə bağlı rəsmi aşkarlama aparılmır, çünki simptomları adi soyuqdəyməyə və qripə bənzəyir. Müalicəsi də demək olar ki, eyni şəkildə həyata keçirilir.”

Həkimin fikrincə, hazırda Azərbaycanda virusun geniş yayılması üçün zəmin yoxdur və ciddi narahatlıq yaratmır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*