Müəyyən fasilədən sonra Çindən Azərbaycana konteyner blok qatarı ilə ilk yükdaşıma həyata keçirilib.
Azərbaycan Dəmir Yollarından (ADY) KONKRET.az-a bildirilib ki, Siandan yola salınan qatar artıq Bakı limanına çatıb.
Çindən ölkəmizə ümumikdə 110 TEU yük – elektrik avtomobilləri, tikinti materialları, sənaye məhsulları çatdırılıb. Daşıma Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə, Xian Free Trade Port Construction and Operation, KTZ Express və “ADY Konteyner” MMC-nin əməkdaşlığı çərçivəsində həyata keçirilib.
“ADY Konteyner” MMC yeni blok qatarların təşkili istiqamətində Çin şirkətləri ilə əməkdaşlığı genişləndirir.