Çindən daha bir bəla gəlir – donuz qripi virusunun yeni növü aşkar edildibackend

Çindən daha bir bəla gəlir - donuz qripi virusunun yeni növü aşkar edildi

Çində elm adamları pandemiya üçün ciddi potensiala sahib olan “donuz qripi” virusunun yeni növünü aşkar ediblər.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Mənbə bildirir ki, virus bu yaxınlarda ortaya çıxıb, onu yayan donuzlardır, ancaq insanlar da buna yoluxa bilər.

Tədqiqatçılar virusun sonrakı mutasiyasından narahatdırlar: “Bu, asanlıqla insandan insana ötürülməsinə imkan verə və yeni bir qlobal epidemiyaya səbəb ola bilər”.

Alimlərin fikrincə, hazırda vəziyyət hələ də təhlükə yaratmasa da, yeni patogen insan infeksiyasına yüksək dərəcədə uyğunlaşma dərəcəsini göstərən bütün tipik xüsusiyyətlərə malikdir və yaxından izlənilməsini tələb edir.

Dünyanın qarşılaşdığı oxşar bir virus növünün son kütləvi epidemiyası 2009-cu ildə Meksikada başlayan donuz qripi xəstəliyidir. Ondan ölüm nisbəti əvvəlcədən deyildiyindən daha aşağı olub, çünki virus əvvəlki illərdə yayılan digər qrip viruslarına bənzəyib və xəstələrin bir çox həssas kateqoriyası (əsasən böyüklər) buna qarşı immunitetə ​​sahib olub.

Mövcud virusun özəlliyi ondadır ki, tamamilə yenidir və insanlarda ona qarşı toxunulmazlıq ya çox azdır, ya da ümumiyyətlə yoxdur.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*