Çingizxanın qoşunlarına qarşı vuruşan özbək hökmdar haqda serial çəkilir – Türkiyədəbackend

Çingizxanın qoşunlarına qarşı vuruşan özbək hökmdar haqda serial çəkilir – Türkiyədə

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Özbəkkino Milli Agentliyinin sifarişi ilə Türkiyədə Caloliddin Manquberdi serialının çəkilişlərinə başlanılıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə agentliyin mətbuat xidməti məlumat yayıb.

Çox hissəli filmin rejissoru Mehmet Bozdağdır. Ssenarini isə Nazar Eşonkul yazıb.

Aksaray vilayətinin ərazisində genişmiqyaslı tarixi pavilyon yaradılıb. Baş qəhrəman Cəlaliddin Manquberdi rolunu türkiyəli aktyor Emre Kivilcim canlandıracaq.

Ayrıca, Özbəkistandan da aktyorlar dəvət edilib: Tokir Saidov, Cavoxir Zokirov, Əkbərxoca Rəsulov, Rayxon Ulasenova, Səidə Rametova, Rano Şodiyeva, Feruza Normatova, Yulduz Rəcəbova.

Serialın ilk mövsümü 13 hissədən ibarət olacaq.

Caloliddin Manquberdi (1199-1231) Xarəzmşahlar dövlətinin son şahıdır (1220-ci ildən). O, Ala ad-Din Muhammad II-nin və türkmən qızı Ayçiçəyin oğludur.

Caloliddin Mekburnu (və ya Menquberdi) ləqəbini alıb. Bu da üzündə bir xalın olduğu mənasını verir.

30 avqust 2000-ci ildə hərbi istedad nümayiş etdirən, ölkənin müstəqilliyinin qorunmasında, müdafiə qabiliyyətinin möhkəmlənməsində cəsarət və qəhrəmanlıq göstərən hərbçilərə təltif olunan Caloliddin Manquberdi ordeni təsis edilib.

22 avqust 2003-cü ildə Xarəzm vilayəti bu ordenlə təltif edilib.

Caloliddin monqol işğalçılarına qarşı etdiyi döyüşlərə görə bu günə qədər tərif olunduğu Türkmənistanda da hörmətlə qarşılanır.

 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*