Çinin ABŞ-dakı səfirliyinin Tvitteri bağlandıbackend

Çinin ABŞ-dakı səfirliyinin Tvitteri bağlandı

Çinin ABŞ-dakı səfirliyinin Tvitter səhifəsi uyğur türklərinə qarşı yürüdülən siyasəti müdafiə edən paylaşımlar səbəbindən bağlanıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Tvitter tərəfindən verilən açıqlamada hesabın bloklanmasına səbəb kimi  “@ChineseEmbinUS” istifadəçi adı ilə 7 yanvarda edilən paylaşımlar göstərilib. Sözügedən paylaşımda “Ekstremizmin ləğvi prosesində etnik azlıqlara mənar deyil” yazılıb.

Bu status Tvitter tərəfindən dərhal silinib və şirkət tərəfindən belə açıqlama verilib: “Redaksiya siyasətimizi pozduğuna görə və bu cür ifadələrə yol verildiyi üçün hərəkətə keçdik. Din, kasta, yaş, əlillik, ciddi xəstəlik, milli mənsubiyyət, irq və ya etnik mənşə səbəbindən insanların ayrı-seçkiliyə məruz qalmasını qadağan etmişik”.qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*