Çinin Haynan adasından 20 min nəfər təxliyyə edilibbackend

Çinin Haynan adasından 20 min nəfər təxliyyə edilib

Çinin məşhur turizm məkanı sayılan Haynan adasında tropik “Kadziki” tufanı ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib.

KONKRET.az xəbər verir ki, adadan 20 min nəfər təxliyə olunub.

İctimai nəqliyyatın fəaliyyəti dayandırılıb, obyektlər bağlanıb

Adada ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb, ticarət və əyləncə müəssisələri bağlanıb. Bundan əlavə, 30 mindən çox balıqçı gəmisi limanlara geri qayıdıb.

Xilasedicilər hazır vəziyyətdədir

Qeyd olunub ki, 2,8 mindən çox xilasedici mümkün fəsadların qarşısını almaq üçün hazır vəziyyətə gətirilib. Onlar ehtiyac yaranacağı təqdirdə dərhal əməliyyatlara başlaya biləcəklər.

Güclü külək yaxınlaşır

Meteoroloqların verdiyi məlumata əsasən, küləyin sürəti artıq 38 m/s-ə çatıb. Tufan Sanya şəhərindən təxminən 210 km məsafədədir və bazar günü günorta və ya axşam saatlarında adanı vuracağı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*