Çinin Hubei əyalətinə 25 mindən çox tibb işçisi gəlibbackend

Çinin Hubei əyalətinə 25 mindən çox tibb işçisi gəlib

Çinin bütün bölgələrindən 25 mindən çox tibb işçisi koronavirusun epidemiyasına qarşı mübarizədə həmkarlarına kömək etmək üçün Hubei əyalətinə gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA “Novosti” agentliyi vilayət partiya komitəsinin daimi üzvü Van Heşenə istinadən yayıb.

Onun sözlərinə görə, hal-hazırda Hubeiyə tibbi yardım göstərmək üçün 25 633 işçisi olan 217 tibb briqadası göndərilib.

O qeyd edib ki, bu rəqəm ordu tərəfindən göndərilən hərbi həkimləri əhatə etmir.

Məlum olur ki, yerli həkimlər çoxlu pasiyent axınının öhdəsindən müstəqil surətdə gələ bilmirlər.

Əvvəllər xəbər verilmişdi ki, artıq 1 716 həkim koronavirusa yoluxub, onlardan altısı dünyasını dəyişib.

31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Uxan şəhərində pnevmoniya baş verdiyini bəyan edib. Xəstəliyin səbəbkarı yeni koronavirus tipidir. Hazırda ona rəsmi olaraq “Covid-2019” adı verilib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*