Çinin silah bazarı Rusiya üçün işləyir – FAKTLARbackend

Çinin silah bazarı Rusiya üçün işləyir - FAKTLAR

Çin Ukraynaya hərbi malların ixracını azaldıb.

KONKRET.az “Politko”ya istinadən xəbər verir ki, Çin hazırda pilotsuz aparatlar, termal görüntülər, dəbilqə və zirehli geyimlər tədarükünün əsas hissəsini Rusiyaya yönləndirib. İstinad etdiyimiz mənbə bunu Çin və Ukrayna gömrük orqanlarının məlumatlarına əsasən yazdığını bildirib.

Qeyd olunur ki, il ərzində Rusiya Çindən 100 milyon dollar dəyərində dron idxal edib ki, bu da Ukrayna ilə müqayisədə 30 dəfə çoxdur.

Bundan əlavə, Çinin Rusiyaya zireh üçün keramika ixracının 69% artaraq 225 milyon dolları ötdüyünü, Ukrayna ilə ticarətin isə 61% azalaraq 5 milyon dollara düşdüyü qeyd olunub.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*