Çinlilər Çini Qablar Zavodunu bərpa etdilər – Daşkənddəbackend

Çinlilər Çini Qablar Zavodunu bərpa etdilər - Daşkənddə

Daşkənd Çini Qablar Zavodunun yenidən qurulması Çin şirkətinin köməyi ilə həyata keçirilib. KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, SSRİ-də ən böyük çini qablar zovodundan biri Özbəkistanda bərpa edildi.

Prezident Şövkət Mirziyayev müəssisənin yerləşdiyi Almazar rayonuna baş çəkib. Ölkə başçısı keçən ilin yayında rayon əhalisi ilə görüşdə zavodun yenidən açılacağını bəyan etmişdi.

Çini Qablar Zavodu 1952-ci ildə istismara verilmişdi. Zavodda piyalələr, çaydanlar, boşqablar, küplər və digər milli stildə qablar istehsal olunurdu. “Ağ Qızıl”, “Səhər”, “Üzüm”, “Tovuz quşu” kolleksiyaları beynəlxalq sərgilərdə qızıl medal almış, eyni zamanda bir çox ölkələrə ixrac edilmişdi. SSRİ dağılandan sonra zavod özəlləşdirilmiş və istehsal dayandırılmışdı.

Prezident Şövkət Mirziyayev Alokabank-ın dəstəyi ilə zavodu bərpa etməyi tapşırıb. Layihənin həyata keçirilməsi üçün bank 87 milyard sum vəsait ayırıb. İstismar olunmayan obyektlər yenidən qurulub. Yeni əlavə binalar tikilib, Çinin məşhur Huanggang Huauao Zhongbo Klin Technology Co. şirkətinin yüksək texnoloji avadanlığı quraşdırılıb.

Şirkət ildə 30 milyon ədəd məhsul istehsal edə bilər. İstehsal prosesində yalnız yerli xammaldan istifadə olunacaq. Məhsulun böyük hissəsi Rusiya, Gürcüstan, Azərbaycan, Ukrayna və Orta Asiya ölkələrinə ixrac ediləcək.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Prezidentin sözlərinə görə, bu zavod Özbəkistanın qürur mənbəyidir. Müəssisədə istehsal olunan məhsullar respublikanın qonaqları və həmvətənləri arasında böyük tələbata malikdir. Modernizə olunmuş fabrik əvvəlki kimi, ən yüksək keyfiyyətli və qiymətli məhsullar istehsal etməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*