Çıxarışsız evin hasarını söküb məktəb üçün yol çəkirlər – Kompensasiya ödənməlidir?backend

Çıxarışsız evin hasarını söküb məktəb üçün yol çəkirlər - Kompensasiya ödənməlidir?

Vətəndaş məktəb üçün yolun tikintisi üçün fərdi yaşayış evinin hasarının sökülməsindən şikayətçidir.

O, şikayətini belə ifadə edib: “12 ildir yaşadığımız evdir, çıxarışı yoxdur. Demək olar ki, qəsəbədə heç kimin çıxarışı yoxdur. İcradan gəliblər ki, bəs məktəb tikilir, məktəbin yolu ensizdir deyə, hasarınızı sökərək sizin həyətin hesabına yolu genişləndirəcəyik”.

Bəs bu məsələ qanunvericilikdə necə tənzimlənir?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablayan hüquqşünas Ramil Süleymanov bildirib ki, vətəndaşın xüsusi mülkiyyətə dair sənədinin olmamasına baxmayaraq, tikintinin qanunsuz adlandırılması yolverilməzdir:

“Vətəndaşın narahatlığında həqiqət var. Baxmayaraq ki, onun xüsusi mülkiyyətə dair sənədi yoxdur, amma o uzun illər orada yaşayıb, ev tikib, hasar çəkib, dövlətin bu tikintini qanunsuz adlandırılması yolverilməzdir. İndiki halda vətəndaşın əlində torpağına, mülkiyyətinə, həmin torpağın istifadəsinə dair rəsmi sənəd olmasa da, yaxınlıqda məktəbin tikilməsi, həmin məktəbə yolun çəkilməsi ilə bağlı dövlət tərəfindən birinci növbədə vətəndaşa rəsmi xəbərdarlıq olunmalıdır. Həmçinin torpağın faktiki sahibi dövlət olsa da, vətəndaşın çəkmiş olduğu hasar ərazidə təmir-tikinti işləri zamanı uçurdularsa, tikintini aparan təşkilat vətəndaşın hasarını əvvəlki vəziyyətdə təmir edib qaytarmalıdır. Eyni zamanda dövlət tərəfindən torpağı dövlət ehtiyacı üçün alan orqan müəyyən olunmalıdır. Tikinti işlərinin başlanması və aparılmasına qədər ərazinin müfəssəl planı və ehtiyacı dəqiq müəyyənləşdirilməli, nəticədə vətəndaşa dəqiq şəkildə kompensasiya təqdim olunmasa da, onu əvəzləyəcək hərəkətlər təmin olunmalıdır”.

Aygün Mirakif

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*