KONKRET.az xəbər verir ki, Rusiyanın Zabaykalye diyarının Borzya şəhərində beş ildir qəzalı elan olunmuş binanın sakinlərinə müharibəyə gedərək köçürülməni sürətləndirmək təklif olunub.
Belə ki, şəhərin 82 nömrəli binası artıq illərdir qəzalı vəziyyətdə olsa da, dövlət bu müddət ərzində sakinləri köçürməyib. Binada yaşayanlardan biri bildirib ki, ona Rusiya Sosial Müdafiə Nazirliyindən zəng olunaraq “problemi həll etmək” üçün qeyri-adi təklif verilib: kontrakt əsasında “Xüsusi Hərbi Əməliyyat”a (Ukraynadakı müharibəyə) qoşulmaq müqabilində köçürülmənin dərhal həyata keçiriləcəyi və əlavə imtiyazların veriləcəyi vəd olunub.
Bu, son zamanlar Rusiyada qəzalı evlərdə yaşayan yoxsul əhalinin səfərbərlik yolu ilə cəlb edilməsi təcrübəsinin daha bir nümunəsi kimi qiymətləndirilir.
Natiq Səlim,
KONKRET.az