Cəlilabadda çiyələk sahəsində huşunu itirən şəxs ölüb.
KONKRET.az xəbər verir ki, 1997-ci il təvəllüdlü Şükür Abışov Cəlilabad-Masallı yolunda yerləşən çiyələk sahəsindən meyvə alıb avtomobilə gedən zaman qəfildən yıxılaraq huşunu itirib.
Gənc xəstəxanaya yerləşdirilsə də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.