ÇL-də 3-cü mərhələyə bu komandalar adladıbackend

ÇL-də 3-cü mərhələyə bu komandalar adladı

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin görüşləri keçirilib. 

KONKRET.az xəbər verir ki, ikinci oyun günündə 10 matç baş tutub.

Gecənin nəticələrinə əsasən, “Qarabağ” (Azərbaycan), “Malmö” (İsveç), “Ludoqorets” (Bolqarıstan), “Şkendiya” (Şimali Makedoniya), “Ferensvaroş” (Macarıstan), “Pafos” (Kipr), “Reyncers” (Şotlandiya), “Lex” (Polşa), “Zalsburq” (Avstriya) və “Viktoriya” (Plzen, Çexiya) komandaları növbəti mərhələyə çıxıblar.

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunları:

30 iyul

“Qarabağ” (Azərbaycan) – “Şelburn” (İrlandiya) – 1:0 (İlk oyun: 3:0)

“Malmö” (İsveç) – RFS (Latviya) – 1:0 (İlk oyun: 4:1)

FKSB (Rumıniya) – “Şkendiya” (Şimali Makedoniya) – 1:2 (İlk oyun: 0:1)

“Ludoqorets” (Bolqarıstan) – “Riyeka” (Xorvatiya) – 3:1 (İlk oyun: 0:0)

“Ferensvaroş” (Macarıstan) – “Noa” (Ermənistan) – 4:3 (İlk oyun: 2:1)

“Makkabi Təl-Əviv” (İsrail) – “Pafos” (Kipr) – 0:1 (İlk oyun: 1:1)

“Panatinaikos” (Yunanıstan) – “Reyncers” (Şotlandiya) – 1:1 (İlk oyun: 0:2)

“Breydablik” (İslandiya) – “Lex” (Polşa) – 0:1 (İlk oyun: 1:7)

“Zalsburq” (Avstriya) – “Brann” (Norveç) – 1:1 (İlk oyun: 4:1)

“Servett” (İsveçrə) – “Viktoriya” (Plzen, Çexiya) – 1:3 (İlk oyun: 1:0)

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları avqustun 5-6-da keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*