Səudiyyə Ərəbistanı Çinin köməyi ilə öz ərazisində aktiv şəkildə ballistik raketlər istehsal edir.
KONKRET.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, həssas ballistik raketlərin istehsalı üçün lazım olan texnoloji məlumatlar Pekindən Ər-Riyada ötürülür.
Bu hadisənin Yaxın Şərqdə dalğalanma effekti yaradacağına diqqət çəkilərək, inkişafın yeni problemlərə yol açacağı gözlənilir.