“Coca-Cola”-nın alıcıları necə aldadılır – FAKTbackend

"Coca-Cola"-nın alıcıları necə aldadılır - FAKT

KONKRET.Az-ın xüsusi müxbirinin marketlərdə rastlaşdığı qanunsuzluğu diqqətinizə çatdırırıq…

Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da fəaliyyət göstərən məşhur “Coca-Cola” şirkəti ildə 2-3 dəfə hədiyyə kampaniyaları reallaşdırır. Bu tədbirlər ticari fayda məqsədilə keçirilir. Lakin ölkəmizdə baş tutan kampaniyalar barədə əksər televiziya və radio kanallarda yayımlanan reklam çarxlarında şərtlər barədə məlumatların tamaşaçıya audio-vizual çatdırılmasına baxmayaraq, satış həyata keçirən əksər böyük və kiçik marketlər bu şərtləri və oyunun qaydalarını yerinə yetirməkdən müxtəlif bəhanələrlə boyun qaçırırlar.

Məsələn, böyuk supermarket şəbəkəsi olan Rahat marketdən alış-veriş edərkən sıravi vətəndaşın mağaza inzibatçısına yaxınlaşdığının və uduş kampaniyasına uyğun olaraq 3 qızıl qapaq muqabilində bir ədəd 0.5 litrlik içki istədiyinin şahidi oldum. İnzibatçı, öz növbəsində, uduşun onlara aid olmadığını bildirdi. Muştərinin bu qızıl qapaqlı içkinin onlardan aldığını deməsinin də heç bir xeyri olmadı. Eyni halı Mehdiabad qəsəbəsində yerləşən böyük (Araz, Rahat, Metro və Bol) marketlərdə də  yaşadıq – hamıdan inkar cavabı eşitdik. Kiçik mağazaların cavabları isə daha gülməli oldu: onlar məhdud sayda və ancaq öz daimi müştərilərinə verirlər hədiyyəni.

Bundan sonra Bakının Nərimanov və Nəsimi rayonlarında yerləşən 10-a yaxın mağazada da bu araşdırmanı apardım, nəticə hamısında oxşar idi. “Coca-Cola” şirkətini kiməsə tanıtmağa, haqqında əlavə məlumat verməyə dəyməz, illərin şirkətidir və dünyaca məşhur bir brenddir. Amma bizim mağazaların belə bir şirkətin kampaniyasına məsuliyyətsiz yanaşması, elə birinci növbədə şirkəti narahat etməlidir. Kampaniyaların tanıtım reklamına  kifayət qədər büdcə ayırmağın heç bir faydası yoxdur – mağazaya gələn alıcı onsuz da aldadılır və şirkət gözdən salınır: Bəlkə elə məqsəd budur?

Elman Şirməmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*