Həmas girovların azad edilməsi və atəşkəslə bağlı razılığın əldə olunmasına əngəl törədir.
KONKRET.az CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib:
“Həmas maneələr yaradır və hələ razılaşdırılmamış məsələlərdə irəliləməkdən imtina edir. Biz razılığa çox yaxın olduğumuza inanırıq”, -deyə Kirbi bildirib.
Bu arada, danışıqlarda iştirak edən rəsmilər İsraili mübahisəli məsələlərdə çeviklik göstərməyə çağırıblar. Eyni zamanda yüksək rütbəli təhlükəsizlik rəsmisi xəbərdarlıq edib ki, danışıqların statusunun tez-tez dərc edilməsi və ictimai müzakirələr irəliləyiş şanslarına zərər verir. Bu eyni zamanda yanlış gözləntilər yaradır. Onun sözlərinə görə, yalnız pərdəarxası gizli danışıqlar razılaşmaya gətirib çıxaracaq.
Vəli Həsənoğlu,
KONKRET.az