Con Travoltanın həyat yoldaşı xərçəngdən öldübackend

Con Travoltanın həyat yoldaşı xərçəngdən öldü

ABŞ-ın məşhur aktrisası Kelli Preston 57 yaşında döş xərçəngindən ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə onun əri, aktyor Con Travolta İnstagramda məlumat verib.

“Ağır bir ürəklə gözəl həyat yoldaşım Kellinin iki il döş xərçəngi ilə mübarizədən sonra öldüyünü bildirirəm”. Travolta yazıb.

O qeyd edib ki, yaxın vaxtlarda bütün vaxtını anasını itirmiş uşaqlara həsr etmək niyyətindədir.

Preston və Travolta 1991-ci ildə evləniblər, üç övladları var. Onların oğlu Jett ürək tutmasından sonra 2009-cu ildə vəfat edib.

Preston karyerasına 1983-cü ildə başlayıb, “Əkizlər” və “Jerri Maqyayer” filmlərindəki rolları ilə məşhur olub.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*