“COP üzərindən Azərbaycanın üstünə kölgə salmağa çalışırlar” – Türkiyəli nazirbackend

"COP üzərindən Azərbaycanın üstünə kölgə salmağa çalışırlar" - Türkiyəli nazir

“Əsassız iddialarla Azərbaycanda keçirilən iclasın gedişinə kölgə salmaq istəyirlər”.

KONKRET.az xəbər verir ki, bunu Pre-COP29 konfransında iştirak edən Türkiyənin ətraf mühit və şəhərsalma nazirir Murat Kurum deyib.

Nazir bildirib ki, bəzi ölkələr Fələstində, Livanda baş verənlərə səssiz qalarkən, Azərbaycanın haqq mübarizəsinə dil uzadırlar:

“Çıxışımda da qeyd etdim, biz burada gələcəyimiz üçün qərarlar almağa çalışarkən, onlar Fələstində, Livanda olan vəhşilikləri görməzdən gəlirlər. Orada minlərlə uşağı həlak edilməsinə səssiz qalırlar, Azərbaycanın haqqı olan Qarabağdakı uğuruna COP üzərindən kölgə salmağa çalışırlar. Bu, ikiüzlülükdür. Bütün dünya bunu bilir. Doğru yoldan davam edəcəyik. Allah yolunda gedəcəyik. Bir-birimizə dəstək olacağıq ki, doğruları yüksək səslə ifadə edək. Bütün dünya bunlar eşitsin. Azərbaycana gələndə özümü evimizdəki kimi hiss edirəm. Yerli vətəndaşlarla da söhbət etdik. Bir daha da Azərbaycanı böyük miqyaslı toplantıya ev sahibliyi etdiyi üçün təbrik edirik və uğurlar diləyirik. Qardaşlarımıza da türk millətinin sevgilərini çatdırırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*