Corc Floydun öldürülməsini görüntüyə alan 18 yaşlı qız mükafata layiq görüldübackend

Corc Floydun öldürülməsini görüntüyə alan 18 yaşlı qız mükafata layiq görüldü

ABŞ-da qaradərili Corc Floydun polis tərəfindən öldürülməsini video görüntüyə alan 18 yaşlı gənc qız məşhur “Pulitzer” mükafatına layiq görülüb.

KONKRET.az xarici KİV-lərə istinadən bildirir ki, “Pulitzer” mükafatı 18 yaşlı Darnella Frayzerə göstərdiyi cəsarətə görə verilib.

Frayzerin görüntüyə aldığı video ABŞ-ı ayağa qaldırmış, irqçilik əleyhinə böyük nümayişlərə, etirazlara səbəb olmuşdu.

“Pulitzer” mükafatı Amerika Birləşmiş Ştatlarında jurnalistlərə verilən ən prestijli mükafat kimi tanınır. Mükafatı təsis edən heyət
hadisə zamanı 17 yaşında olan Frayzerin çox cəsarətli addım atdığını, ədalətə və həqiqətə çatmaqda vətəndaş jurnalistikasına çox böyük kömək etdiyini deyib.

Frayzer ötən ilin 25 mayında əmisi oğlu ilə birgə Minneapolisdə gəzərkən Floydun öldürülməsinin şahidi olub və hadisəni telefonu vasitəsi ilə videogörüntüyə alıb./Müsavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*