Çörək sexləri BAĞLANIR – SƏBƏBbackend

Çörək sexləri BAĞLANIR - SƏBƏB

Niderlandda enerji böhranından təsirlənən çörəkbişirmə müəssisələri bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb.

KONKRET.azAnadoluya istinadən xəbər verir ki, çörək sexlərinin sahibləri maddi çətinliklərdən çıxmaq üçün enerjiyə qənaət etməyə çalışır.

Müəssisə rəhbəri olan Həsən Atik agentliyə bildirib ki, aylıq enerji pulu əvvəllər 1800 avro idisə, indi 5400 avrodur.

12 ildir ölkədə çörək zavodunda çalışan niderlandlı İneke Ruijsin sözlərinə görə, 25 ildir xidmət göstərən müəssisə enerji böhranı və kadr çatışmazlığı səbəbindən bu həftə bağlanacaq.

Qeyd edək ki, sentyabrın 20-də Niderland hökuməti 2023-cü il yanvarın 1-dən ev təsərrüfatları üçün enerji qiymətlərinə tavan tətbiq ediləcəyini açıqlayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*