Nizami rayonu, Özbəkistan küçəsi 6 ünvanında yaşıllıq ərazinin məhv edilir… Camaat şikayət edir ki, ərazidə ağaclar qırılır, yaşıllıqlar məhv olur. İcra hakimiyyəti deyir ki, ərazi satılıb. Bu nə məntiqdir?! Coşqun Cəbrayılov orda niyə əyləşib axı? Bu adam niyə icra başçısıdır? Sən orada dövlətin əsas strukturunun rəhbərisən. Niyə nəzarət edə bilmirsən?
KONKRET.az-ın Pravda.az-a istinadən xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli bildirib.
“İndi hər sahibkar ərazini satın alıb ağacları kəsəcək, sonra deyəcəklər ki, cərimə etdik. Planları budur. Nizami rayonundan başqa şikayətlər də var. Zamanla hər şikayətə toxunacam. Coşqun Cəbrayılov 18 fevral 2022 -ci ildə Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Vəzifəyə gəldiyi müddətdə dəyişən heç nə yoxdur. Nəticə isə 0. Nə olsun gəncdir, işləyə bilmirsə, azad edilsin. Sənin keçmiş icra başçısı Arif Qasımovdan nə fərqin var? Həmin qaydalardır. Biz bilirik necə idarə edirsən qurumu!” – A.Həmidli qeyd edib.